Xəbər lenti

Almaniyada antisemitizmin miqyası dəhşətlidir - Vitse-kansler Habek
Dünya10:11 30.10.2023

Almaniyada antisemitizmin miqyası dəhşətlidir - Vitse-kansler Habek

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın vitse-kansleri, iqtisadi işlər naziri Robert Habek ("Yaşıllar”) Almaniyadakı miqrantların davranışları ilə bağlı Bild-in manifestinə reaksiya verib. Habek Almaniyada antisemitizmin yüksək səviyyədə olduğunu qeyd edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Bild-ə açıqlama verib. 
"Antisemitizmin miqyası dəhşətlidir. Biz tarixi məsuliyyət daşıyırıq, hansı formada olmasından asılı olmayaraq, Almaniyada antisemitizmə yer yoxdur. Konstitusiyanın ali üstünlüyü var - ondan irəli gələn bütün hüquq və öhdəliklərlə birlikdə”, - Baş nazirin müavini bildirib. 
Qeyd edək ki, "Almaniyada yaşayan bütün insanlara” adlı Bild manifesti ölkədə riayət edilməli olan 50 birgəyaşayış qaydasından ibarətdir. Nəşr razılaşdırılmamış anti-İsrail aksiyaları və Fələstin tərəfdarı fəalların pozuntuları fonunda hazırlanıb. Almaniyada son həftələrdə İsrailə dəstək üçün 200-dən, fələstinlilərə isə 130-dan çox mitinq keçirilib. 50-dən çox nümayiş qadağan edilib. Təkcə Berlində 1,2 mindən çox qanun pozuntusu qeydə alınıb, 100-dən çox polis əməkdaşı xəsarət alıb.
Nizami Bağırov