Xəbər lenti

Almaniyada bir kişi 87 dəfə vaksin vurdurub
Dünya12:09 04.04.2022

Almaniyada bir kişi 87 dəfə vaksin vurdurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada 61 yaşlı bir kişinin 87 dəfə koronavirus əleyhinə vaksin vurdurduğu məlum olub. Hazırda hadisə ilə bağlı araşdırma başladılıb.
Qaynarinfo Almaniyanın "Deutsche Welle" agentliyinə istinadən xəbər verir ki, 61 yaşlı kişi Şərqi Almaniya vilayətində bir neçə peyvəndləmə mərkəzinə gedib və müxtəlif mərkəzlərdə gün ərzində 3 dəfə peyvəndlənib. 
Alman qanunlarına əsasən onun adı mətbuatda hallandırılmır. 
Kişinin əməlindən Drezden şəhərində vaksin mərkəzində olanda oranın işçisi şübhələnib. Elienburg şəhərində növbəti dəfə vaksin mərkəzinə gələndə isə bu barədə polisə xəbər verilib və o saxlanılıb. 
Hökumət onun vaksin passportlarını satmasından şübhələnir və ona qarşı cinayət işi açılıb. 
Bu qədər vaksin qəbulundan sonra onun özünü necə hiss etməsi barədə isə məlumat verilmir. 
Tərcümə: Nurlan Hüseynov
Qaynarinfo