Xəbər lenti

Almaniyada böhran dərinləşir: getdikcə daha çox müəssisə bağlanır
Dünya 23:55 06.06.2024

Almaniyada böhran dərinləşir: getdikcə daha çox müəssisə bağlanır

Rəsmi məlumatlara görə, ötən il Almaniyada 176 min müəssisə bağlanıb. İstehsal və tikinti sektorları xüsusilə təsirlənib. Almaniyada bağlanan müəssisələrin sayı 2020-ci ildən artmaqdadır. 2022-ci illə müqayisədə bu rəqəm 2,3% artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” yazır.

Leybnits adına Avropa iqtisadi araşdırmalar mərkəzinin ekspertlərinin fikrincə, bu tendensiya Almaniya iqtisadiyyatının bütün sektorlarına aiddir.

"[Müəssisələrin] bağlanmasının əsas səbəbi şirkətin artıq iqtisadi cəhətdən səmərəli olmamasıdır. Yüksək enerji qiymətləri, Çin kimi ölkələrdən güclü rəqabət təzyiqi və ixtisaslı işçi çatışmazlığı gələcək işi təhdid edir”, - Tədqiqat məlumatları mərkəzinin rəhbəri Sandra Qottşalk bildirir. 

"Creditreform” iqtisadi araşdırmalar şöbəsinin rəhbəri Patrik-Lüdviq Hantş qeyd edir ki, Almaniya iqtisadiyyatı "bir çox kiçik şirkətlərin və yüksək ixtisaslaşmış müəssisələrin sakit ölümünü” yaşayır.

"Bizə indi şirkətləri xaricə və ya iflasa sövq etməyəcək çərçivə şərtləri lazımdır. Konkret olaraq bu, bürokratik oyunlara və həddindən artıq yüksək vergi və rüsumlara son qoyulması deməkdir. Gəlin, kiçik və orta müəssisələrin (KOM) yenidən böyüməsinə və çiçəklənməsinə kömək edən rəqabətqabiliyyətli enerji qiymətləri təyin edək”, - Almaniya Federal KOM-lar Assosiasiyasının rəhbəri Kristof Ahlhaus bildirir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->