Xəbər lenti

Almaniyada “casus əməliyyat”ı: Rusiyaya “işləyən” Britaniya vətəndaşı saxlanıldı
Dünya13:19 11.08.2021

Almaniyada “casus əməliyyat”ı: Rusiyaya “işləyən” Britaniya vətəndaşı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən Böyük Britaniya vətəndaşı David S. saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın Baş Prokurorluğu məlumat yayıb. 
Bildirilir ki, David S. saxlanılmamışdan əvvəl Böyük Britaniyanın Almaniyadakı səfirliyində çalışıb. İlkin məlumatlara görə, şübhəli şəxs 2020-ci ilin noyabr ayından Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. 
David S.-in saxlanılması ilə bağlı əməliyyat avqustun 10-da Potsdam şəhərində baş tutub. Bundan sonra onun evində və iş yerində axtarış aparılıb.  Baş Prokurorluğun məlumatında qeyd edilir ki, bu həbs Almaniya və Böyük Britaniyanın birgə araşdırmasının nəticəsidir. 
Öz növbəsində Britaniya polisi saxlanılan şəxsin 57 yaşında olduğunu bildirib. İngiltərə hüquq-mühafizə orqanlarının yaydığı açıqlamaya görə, əməliyyat London polisinin Terrorla Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib. 
Seyid