Xəbər lenti

Almaniyada Fransa cəhənnəmi baş verə bilər - Polis Həmkarlar İttifaqı narahatdır
Dünya10:30 04.07.2023

Almaniyada Fransa cəhənnəmi baş verə bilər - Polis Həmkarlar İttifaqı narahatdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın hüquq-mühafizə orqanları Fransadakı etiraz aksiyaları kimi ölkədə iğtişaşların başlanmasını mümkün hesab edir. Səbəb hökumətin fəaliyyətindən məyusluq ola bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Welt” qəzeti Almaniya Polis Həmkarlar İttifaqının (GPD) sədri Yoxen Kopelkenin bəyanatına istinadən yazır.
"Almaniyanın bəzi yerlərində belə iğtişaşlar mümkündür. Səbəb demokratiyanın gücünə, dövlətə və hakimiyyətin nüfuzuna şübhələrin artması ola bilər”, - Yoxen Kopelke bildirib.
Oxşar bəyanatla Almaniya Sosial Assosiasiyasının (SoVD) rəhbəri Mixaela Engelmayer çıxış edib. Onun sözlərinə görə, Almaniya hakimiyyəti tədbir görməlidir, "çünki bu gün çoxları onların maraqlarının heç bir şəkildə təmsil olunmadığını hiss edir, bu, siyasi laqeydliyə, marginal partiyalara səs vermək istəyinin artmasına və siyasi ekstremizmə gətirib çıxarır”.
Welt qeyd edir ki, Yoxen Kopelke və Mixaela Engelmayer ölkədəki vəziyyətin hazırda Fransada polis zorakılığına qarşı etirazlarla müqayisə edilə bilməyəcəyini vurğulayıblar.
Bundan əvvəl, iyunun ortalarında, ilk dəfə olaraq, bir neçə ictimai rəy sorğusu, sağçı populist "Almaniya üçün alternativ” partiyasını bütün partiyalar arasında populyarlıq baxımından ikinci yerə qoyub (tərəfdarlarının sayı 17%-dən 20%-ə qədər). Birinci yerdə hazırda müxalifətdə olan Xristian Demokrat İttifaqı, üçüncü yerdə isə Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb.
Qeyd edək ki, Fransada talanlar iyunun 27-dən davam edir. Etirazlara səbəb 17 yaşlı yeniyetmənin yolda sənədləri yoxlayarkən polis əməkdaşı tərəfindən güllələnərək öldürülməsi olub. İyulun 3-nə keçən gecə 157 nəfər (o cümlədən 20-si Paris və şəhərətrafı ərazilərdə) saxlanılıb, 297 avtomobil və 34 bina yandırılıb. Yalnız beş gecəlik etiraz aksiyasında 5000 avtomobil və 1000 bina yandırılıb, polis məntəqələrinə 250 hücum qeydə alınıb, 700-dən çox polis əməkdaşı yaralanıb.
Nizami Bağırov