Xəbər lenti

Almaniyada Olaf Şoltsun qardaşının maaşı ilə bağlı qalmaqal yarandı
Dünya 19:33 18.07.2024

Almaniyada Olaf Şoltsun qardaşının maaşı ilə bağlı qalmaqal yarandı

Almaniya kansleri Olaf Şoltsun qardaşı, 64 yaşlı Yens Şolts Şlezviq-Holşteyn Universitetinin Tibb Mərkəzinə rəhbərlik edir. Onun rəhbərliyi altında tibb müəssisəsi 100 milyon avro ziyan edib. Lakin bu, Yens Şoltsa illik 480 min avro olan maaşından əlavə 180 min avro illik mükafat almasına mane olmayıb.

Qaynarinfo bu barədə "Bild"ə istinadən xəbər verir.

Tibb Mərkəzinin sözçüsü "Kieler Nachrichten" qəzetinə bildirib ki, Şolts üçün bonusla bağlı bütün məlumatlar məxfidir. Xəzinədarlıq məlumatı məxfi saxlayır və yalnız Yens Şoltsun ​​müqaviləsinə "iqtisadi hədəflərin və digər göstəricilərin yerinə yetirilmə dərəcəsinə əsaslanan" mükafatın daxil olduğunu söyləyir.

Şlezviq-Holşteyn parlamentinin maliyyə komitəsinin sədri Lars Harms yerli əyalət hökumətini bonus qaydalarını açıqlamağa çağırıb.

"Hökumətdən deputatları mükafatlandırma meyarları ilə bağlı məlumatlandırmağı xahiş edirəm. Axı, xalqın nümayəndələri kimi deputatlar vergi ödəyicilərinin pullarının necə xərcləndiyini bilməlidirlər", deyə Harms bildirib.

Onun sözlərinə görə, ilk növbədə hakimiyyət Şoltsun qardaşının mükafatı ilə bağlı məlumatları açıqlamalıdır, çünki belə maaş onu Şlezviq-Holşteynin ən yüksək maaş alan dövlət qulluqçusu edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->