Xəbər lenti

Almaniyada saxta polislər azərbaycanlını qarət edib
Dünya15:02 13.05.2018

Almaniyada saxta polislər azərbaycanlını qarət edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya polisi regonda yük maşın sürücülərinə qarşı soyğunçuluqla bağlı müraciət edib.
Oxu.Az Giessener-Anzeiger-a istinadla xəbər verir ki, bu qurbanlardan biri də Azərbaycan vətəndaşı olub.
Mayın 3-də saat 22 radələrində 50 yaşlı azərbaycanlıya polis geyimində bir şəxs yaxınlaşıb və ondan sənədlərini tələb edib. Saxta polis azərbaycanlının sənədlərini yoxladıqdan sonra maşında axtarışlar aparıb və 8,5 min avro pulunu götürüb.
Hazırda region polisi cinayətkarların axtarışı ilə bağlı əməliyyat keçirir.