Xəbər lenti

Almaniyada sərnişinlərə hücum edənin evindən İŞİD-in bayrağı tapıldı
Dünya10:07 19.07.2016

Almaniyada sərnişinlərə hücum edənin evindən İŞİD-in bayrağı tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyada qatarda sərnişinlərə balta ilə hücum edən adamın 17 yaşlı Əfqanıstan qaçqını olduğu aydınlaşıb. 

"Qaynarinfo.Az" xarici mətbuata istinadən xəbər verir ki, axtarış zamanı üç sərnişini ağır yaralamış 17 yaşlı əfqanın otağında İŞİD bayrağı tapılıb. Bu baradə məlumat verən Bavariyanın daxili işlər kommisarı Yoahim Xerman onun sərnişinlərər hücum edərkən "Allahu-Əkbər" qışqırdığını bildirib.

Qeyd edək ki, dünən Almaniyanın Vürtsburq şəhərində naməlum şəxs qatarda sərnişinlərə balta ilə hücum edib. Hadisə nəticəsində 3-ü ağır olmaqla 15 nəfər xəsarət alıb. Hücumu törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Qızılgül

Qaynarinfo.Az