Xəbər lenti

Almaniyada siyasətçilərə qəribə hədə (FOTO)
Dünya12:26 22.09.2017

Almaniyada siyasətçilərə qəribə hədə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aralarında Almaniya kansleri Angela Merkelin həyat yoldaşı Yoaxim Zauənin də olduğu bir qrup siyasətçi qəribə məktub alıblar.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, məktub alan siyasətçilərdən olan Yaşıllar Partiyasının deputatı Kristian Ştröbele bu barədə "twitter" hesabından yazıb və məktubun içində ağ rəngdə toz, lezva və ərəbcə yazılmış mətn çıxdığını bildirib. Çox sayda hədə məktubu aldığını deyən Ştröbele son məktubun radikal sağ qrup nümayəndələri tərəfindən göndərildiyini və mətnin ana dili ərəbcə olmayan biri tərəfindən yazıldığını təxmin etdiyini deyib.

Almaniya daxili işlər nazirliyi məktubdakı tozun araşdırıldığını və təhlükəli olmadığını açıqlayıb.

Gülşən

Qaynarinfo.Az