Xəbər lenti

Almaniyadan  ABŞ-ın sanksiyalarına sərt reaksiya
Dünya11:46 21.12.2019

Almaniyadan ABŞ-ın sanksiyalarına sərt reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya hakimiyyəti ABŞ-ın "Şimal axını-2"yə tətbiq etdiyi sanksiyalara sərt reaksiya verib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın Nazirlər Kabinetinin təmsilçisi Ulrike Demmer şəxsi Twitter hesabında yazıb. 
Xanım Demmer Birləşmiş Ştatları onların daxili işlərinə müdaxilədə günahlandırıb və ABŞ-ın həyata keçirdiyi tədbirləri alman və Avrapa müəssisələrinə qarşı hesablanmış addım kimi dəyərləndirib.
Qeyd edək ki, ABŞ-ın "Şimal axını-2" və "Türk axını" qaz kəmərlərinə tətbiq etdiyi sanksiyalar bu gün qüvvəyə minib. Sanksiyalar layihədə iştirak edən şirkətlərə qarşı yönəlib. Bunun nəticəsi olaraq, İsveçrənin Allseas şirkəti "Şimal axını-2" layihəsini tərk etdiyini rəsmən elan edib.