Xəbər lenti

Almaniyadan BMT-yə müharibədən sonra Qəzzaya nəzarətlə bağlı təklif
Dünya08:40 16.11.2023

Almaniyadan BMT-yə müharibədən sonra Qəzzaya nəzarətlə bağlı təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya İsrailin HƏMAS-a qarşı müharibəsi bitən kimi BMT-nin Qəzza zolağına nəzarəti ələ almasını istəyir.
Qaynarinfo bu arada "Politico”ya istinadən xəbər verir. 
Bununla belə, həm fələstinlilər, həm də bəzi Avropa İttifaqı diplomatlarının bu ideyanın həyata keçirilə biləcəyinə dair ciddi şübhələri var və Avropadakı yüksək vəzifəli fələstinli xadim bunu "qəbuledilməz” adlandırıb.
Nəşr aydınlaşdırır ki, Qəzzaya daha çox humanitar yardımın necə buraxılacağı və döyüşlərin dayandırılması ilə bağlı müzakirələr davam edir. Amma müharibədən sonrakı ssenarilərlə bağlı müzakirələr də intensivləşir.
ABŞ dövlət katibi Entoni Blinken keçən ay "effektiv və yenilənmiş Fələstin Administrasiyasının" Qəzzanı idarə etməli olduğunu desə də, bunu "effektiv" etmək üçün heç bir yol göstərməyib. 
İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl ölkəsinin Qəzzada "qeyri-müəyyən müddətə" təhlükəsizlik üçün ortaq məsuliyyəti öz üzərinə götürəcəyini söyləyib. 
Almaniyanın təklifi oktyabrın 21-nə, yəni İsrailin Qəzza zolağında hərbi əməliyyatının ikinci mərhələsinə başlamaq qərarından əvvələ aiddir.
İsrailin Aİ-dəki ən sadiq müttəfiqlərindən biri olan Berlin deyir ki, "İsrailin məqsədi bizim paylaşdığımız məqsəddir: HƏMAS bir daha İsraili və onun vətəndaşlarını terrora məruz qoya bilməyəcək”.
Qəzza zolağının gələcəyi üçün İsrailin Qəzzanı geri alması və ya Fələstin Administrasiyası, ya da Misirin nəzarəti ələ alması da daxil olmaqla, beş fərqli ssenari təklif edilir.
BMT ilə bağlı ssenari də siyahıdadır. Berlinin fikrincə, bu ssenari "Qəzzanın BMT (və regional tərəfdaşların) himayəsi altında beynəlmiləlləşdirilməsi” və ardınca Fələstinin özünüidarəetməsinə, idealda isə seçkilər yolu ilə və lazımi təhlükəsizliyi təmin edən beynəlxalq koalisiya sazişinə keçid deməkdir. 
Nizami Bağırov