Xəbər lenti

Almaniyadan gizli şəkildə Ukraynaya böyük hərbi yardım paketi
Dünya 14:08 15.07.2024

Almaniyadan gizli şəkildə Ukraynaya böyük hərbi yardım paketi

Yayda Almaniya gizli şəkildə Ukraynaya ağır zirehli maşınların da daxil olduğu böyük hərbi yardım göndərməyə başlayıb.

Bu barədə Qaynarinfo "Merkur”a istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Almaniya iyunun sonu - iyulun əvvəlində gizli şəkildə Kiyevə Ukrayna Silahlı Qüvvələri üçün növbəti böyük hərbi yardım paketi göndərib. Buraya Alman müdafiə sənayesi və Bundesver tərəfindən təchiz edilmiş 39 tank daxildir.

Bundan başqa, ötən həftə Ukrayna Almaniyadan daha 10 "Leopard 1A5” döyüş tankı və 20 "Marder” piyada döyüş maşını alıb. Beləliklə, Almaniyanın Ukraynaya verdiyi "Marder” tanklarının sayı 120-yə, təmir olunmuş "Leopard 1”lərin sayı isə 50-yə çatıb.

"Leopard 1” və "Marder” üçün döyüş sursatı ilə yanaşı, Ukrayna ordusunun arsenalına 2 "Biber” körpüyaradan tankı, 2 "Dachs” mühəndis tankı, 2 evakuasiya tankı və 4 "Wisent 1” mina təmizləmə tankı əlavə edilib.

Almaniya həmçinin mühüm infrastrukturu və şəhərləri Rusiyanın hava hücumlarından qorumaq üçün daha bir "IRIS-T SLM” hava hücumundan müdafiə sistemi (daha əvvəllər üçü verilib) və "IRIS-T SLS” hava hücumundan müdafiə sistemi (əvvəllər bir) təchiz edib.

Verilən silahlar siyahısında 3 "HIMARS” çox buraxılış raket sistemi də var. Bundesverin xidmətində "HIMARS” yoxdur, lakin bundan əvvəl texniki cəhətdən çox oxşar olan dörd raket sistemini Ukraynaya köçürüb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->