Xəbər lenti

Almaniyalı nazir xəstələndi, İrana gedə bilmədi
Dünya17:50 01.05.2016

Almaniyalı nazir xəstələndi, İrana gedə bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel xəstələnməsi ilə əlaqədar İrana səfərini ləğv edib.

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Z. Qabriel səfərinin yeni tarixi hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, Z. Qabriel mayın 3-də iranlı həmkarı Əli Tayebnia ilə birlikdə Tehranda iqtisadiyyatla əlaqədar konfransda iştirak etməli idi.

Qaynarinfo.az