Almaniya 18 yaşı tamam olan gənclərə "start-up kapitalı” verilməsini müzakirə edir.
Qaynarinfo xəbər verir ki, Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW) 18 yaşından yuxarı hər bir alman gəncə 20 min avroluq "başlanğıc kapitalı” verilməsini tövsiyə edib.
Ölkədə həm gəlir bərabərsizliyini aradan qaldırmaq, həm də gənclərin iqtisadi həyata daha asan daxil olması üçün fərqli bir təklif irəli sürülüb.
Təklif bir çox dairələrdən dəstək alıb.
Hökumət protokolunda ev sahibliyinin təşviqi, şirkət və fərdi pensiya planlarının təkmilləşdirilməsi, gəlir vergisi üzrə kollektiv ödənişlərin artırılması planlarının olduğunu deyən DIW-nin vergi ekspertləri dövlətdən belə pulların alınmasının hər kəs üçün çox cəlbedici olacağını vurğulayıblar.
DIW əməkdaşı Stefan Baxın sözlərinə görə, cəmiyyətdəki gəlir bərabərsizliyi bu şəkildə azala bilər:
"Pul nağd deyil, təhsil, əlavə təhsil, mülk sahibi olmaq, fərdi məşğulluq və ya biznesə başlamaq üçün verilə bilər".
Təklif Almaniya mətbuatında böyük maraqla qarşılanıb.
Bunun Almaniya iqtisadiyyatı üçün 15 milyard avro olacağı, müxtəlif fondlar və ya əmlak vergiləri hesabına maliyyələşdirilə biləcəyi qeyd edilib.
Xəyal Abdullayev