Xəbər lenti

Almaniyanın iqtisadiyyat naziri: Rusiya üçün vaxt daralır
Dünya12:25 02.06.2022

Almaniyanın iqtisadiyyat naziri: Rusiya üçün vaxt daralır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya müdaxiləsinə cavab olaraq Qərbin sanksiyaları Rusiya döyüş maşınına ağır zərbə vurur.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Almaniya İqtisadiyyat naziri Robert Habek deyib. 
Nazir bildirib ki, Almaniya Rusiyadan enerji asılılığını azaltmaq üçün daha çox çalışmalıdır.
Habek deyib ki, "Rusiya iqtisadiyyatı çökür" və Almaniya mart ayında Rusiyaya ixracı 60% azaltmaqla burada öz rolunu oynayıb. Apreldə daha da kəskin azalma gözlənilir. 
Nazirin sözlərinə görə, sanksiyalarda iştirak edən müttəfiq ölkələrin Rusiyaya ixracı əvvəlki aylarla müqayisədə 53%, neytral və ya rusiyayönlü dövlətlərinki isə 45% azalıb.
Habek həmçinin bildirib ki, sanksiyalar nəticəsində Moskva müharibədə döyüşmək qabiliyyəti üçün vacib olan hissələrə - məsələn, təyyarələr üçün təhlükəsizlik yeniləmələrinə çıxışını itirib. Tezliklə bu təyyarələr artıq uçmayacaq.
"Putin hələ də pul əldə edir, amma... vaxt Rusiyanın xeyrinə deyil, onun əleyhinə işləyir”,- deyə nazir bildirib. 
Nurlan Hüseynov