Xəbər lenti

Almaniyanın vasitəçilik missiyası - Berlin nə istəyir? (ŞƏRH)
Dünya09:10 16.01.2023

Almaniyanın vasitəçilik missiyası - Berlin nə istəyir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Almaniyanın timsalında Avropa İttifaqının görüş üçün imkan yaratması, hansısa təkliflər verməsi, bu şəkildə xoşniyyətli olması təqdir olunmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Almaniya Prezidenti Franq-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi fonunda Berlinin dəstəyilə Brüssel formatının yenidən dirçəldilməsi məsələsinə toxunarkən deyib. Politoloq bildirib ki, Azərbaycan danışıqlar prosesində hər bir formata açıqdır: 
"Bakının daim bəyan olunan mövqeyi odur ki, Azərbaycan hər bir formata açıqdır. Bizim istəyirik ki, müsbət nəticə əldə olunsun. Azərbaycan ermənipərəst mövqedən çıxış edən Makronun iştirak etmək istəməsi səbəbindən Brüssel formatının təklif olunan görüşünə qatılmayıb. Makronun orada iştirakı əslində məntiqə uyğun deyildi. Çünki Aİ üzvlərindən biri kimi, istər-istəməz prosesdə iştirak edir. Avropanı formatda kimin təmsil edəcəyi Avropanın seçimidir. Bu mənada, Almaniyanın həmin istiqamətdəki cəhdlərini vasitəçilik deyil, sadəcə təşkilatın xoşməramlı xidmətləri kimi qəbul edirik. Onların görüş üçün imkan yaratmalarını, hansısa təkliflər verməsini xoşniyyətli xidmət kimi qəbul edə bilərik”. 
Qeyd edək ki, Almaniya Prezidenti Franq-Valter Ştaynmayer keçən həftə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı fonunda Almaniya lideri  Berlinin Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa Birliyi-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb. Bir sıra ekspertlərə görə,  onun bu açıqlaması Fransanın ermənipərəst mövqeyilə özünün vasitəçilik missiyasına kölgə salan Brüssel formatının Almaniyanın dəstəyilə dirçəldilməsi məqsədi daşıyır. 
Rüfət Sultan