"HƏMAS-a qarşı müharibə humanitar vəziyyəti nəzərə alaraq davam etməlidir".
Qaynarinfo "Spiegel"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Qahirədə keçirilən sammitdə bildirib.
O, HƏMAS-ın regionda daha çox eskalasiyanı arzuladığını və diplomatiyanı rədd etdiyini, buna görə də Qəzza zolağında günahsız insanlara təsir edən humanitar vəziyyəti nəzərə alaraq müharibənin davam etməli olduğunu deyib.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Aydın