Xəbər lenti

Almaniyanın ZDF kanalının müxbiri Qarabağda etnik təmizləmə olmadığını dedi
Dünya09:53 02.10.2023

Almaniyanın ZDF kanalının müxbiri Qarabağda etnik təmizləmə olmadığını dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın ictimai televiziyası Qarabağda etnik təmizləmə ilə bağlı məlumatı təkzib edib. 
Qaynarinfo xəbər verir ki, Almaniyanın ictimai televiziyası ZDF bölgədəki vəziyyətlə bağlı reportaj hazırlayıb. 
Telekanalın müxbiri Sebastyan Em səhər xəbərlərində bölgədəki vəziyyətlə bağlı danışıb. Teleaparıcı Dünya Həyalinin "İnsanlar öz istəyi ilə gedirlər, yoxsa qovulurlar” sualına cavabında bunları deyib:
"Eşitdiklərimizə, o cümlədən köçən ermənilərlə söhbətlərə görə, Azərbaycan ordusu silah-sursatla ermənilərin evlərinə girməyib, insanları qovmayıb. BMT-nin Ermənistandakı nümayəndəsi də bunu təsdiqləyib”.
Lakin alman müxbirinin fikrincə, Qarabağ erməniləri "Azərbaycan silahlı qüvvələrinin zərbəsindən” sonra "mənəvi və fiziki cəhətdən sarsılıblar”.
 Jurnalistin fikrincə, ermənilər seçim qarşısında qalıb – ya Azərbaycan vətəndaşı kimi Azərbaycanda qalmaq, ya da getmək. Regionda yaşayan ermənilərin əksəriyyəti ikinci variantı seçərək Ermənistana gedirlər...
"...və Azərbaycanın ölkədə qalmaq və bu dövlətin vətəndaşı olmaq təklifini qəbul etmirlər”, - deyə teleaparıcı Həyali yekunlaşdırıb. O, həmçinin qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşir.
Sebastyan Em yekun olaraq vurğulayıb ki, Azərbaycan Qarabağda böyük infrastruktur layihələri həyata keçirir və on minlərlə azərbaycanlının regiona köçürülməsini planlaşdırır.
Nizami Bağırov