Hər 10 almandan 7-si FDP, SPD və Yaşıllar fraksiyalarından ibarət hakim koalisiyasının işindən narazıdır.
Qaynarinfo xəbər verir ki, bunu "Bild am Sonntag"ın sifarişi ilə INSA sorğu institutu tərəfindən keçirilən sorğunun nəticələri
göstərir.
Sorğunun nəticələrindən belə çıxır ki, respondentlərin yalnız 23%-i hökumətin işindən razıdır. Bu, koalisiyanın bütün fəaliyyəti dövründə ən aşağı göstəricidir.
SPD partiyasının tərəfdarlarının 50 faizi koalisiyadan narazıdır, "yaşıllar”da bu göstərici 44%, FDP tərəfdarları arasında 70%-dir
Almaniyanın müdafiə naziri Boris Pistorius Nazirlər Kabinetinin yeganə üzvü olub ki, onun işi respondentlərin yarıdan çoxu (51%) tərəfindən bəyənilib. Onlar hesab edirlər ki, nazir "vicdanla” işləyir və buna görə də hərbi büdcənin artırılmasına nail ola bilib.
İyulun 6-7-də keçirilən rəy sorğusunda 1004 nəfər iştirak edib.
Aydın