Almanların təxminən 3/4-ü Sosial Demokrat Partiyası və kansler Olaf Şoltsun rəhbərlik etdiyi hakim koalisiyanın işindən narazıdır.
Qaynarinfo "Bloomberg”ə
istinadən xəbər verir ki, bunu Almaniyanın DPA agentliyinin sifarişi ilə YouGov İnstitutunun keçirdiyi sorğunun məlumatları sübut edir.
Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 23%-i SDP, Yaşıllar və Azad Demokrat Partiyasının daxil olduğu koalisiyanın işindən razıdır.
Təxminən 1300 respondentin 2/3-dən çoxu Şoltsun Almaniyanın ən aktual problemləri, xüsusilə zəif iqtisadi artım, yüksək inflyasiya və biznesə inamın azalması ilə məşğul olduğuna inanmır.
Rəyi soruşulanların yalnız 18%-i hazırkı koalisiyanın 2025-ci ildə yenidən hakimiyyətə gələcəyini gözləyir.
Nizami Bağırov