Xəbər lenti

Almatıda dəhşətli anlar: 3 polis, 1 vətəndaş öldürüldü - FOTO-VİDEO
Dünya10:05 18.07.2016

Almatıda dəhşətli anlar: 3 polis, 1 vətəndaş öldürüldü - FOTO-VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstanın Almatı şəhərinin mərkəzində Polis İdarəsinə silahlı basqın olub. 

"Qaynarinfo.Az" xəbər verir ki, Polis İdarəsində atışma zamanı ən azı 3 polis əməkdaşı həlak olub. Bir vətəndaş isə maşınını qaçırmaq istəyərkən qətlə yetirilib. Məlumata görə, hazırda xəstəxanalarda 14 yaralı var.

Qazaxıstan hüquq-mühafizə orqanları ekstrimislərə qarşı əməliyyatları davam etdirir. Şəhərdə terror təhlükəsi ilə bağlı "qırmızı həyacan siqnalı" verilib. Hüquq-mühafizə orqanları bütün vətəndaşların mobil telefonlarına mesaj göndərərək evdən çıxmamağı tapşırıb.

Qaynarinfo.Az