Xəbər lenti

Almatıda etirazçılar meriyaya soxuldular (VİDEO)
Dünya10:45 05.01.2022

Almatıda etirazçılar meriyaya soxuldular (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almatıda etirazçılar meriya binasına soxulublar. 
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Binanın üstündən qara tüstü qalxır, atəş səsləri eşidilir.
Sputnik Qazaxıstan xəbər verir ki, saat 12:46-ya olan məlumata görə, şəhər prokurorluğunun binası yanır.
Daha əvvəl bildirilmişdi ki, etirazçılar toqquşmaya başlayıb, təhlükəsizlik işçilərini döyüblər. Polis xüsusi avadanlıqlardan, o cümlədən səs qumbaralarından istifadə edir. Almatıda fövqəladə vəziyyət rejimi qüvvədədir.
Qazaxıstanda etirazlar qazın bahalaşmasından sonra başlayıb. Mangistau və Almatı vilayətlərində, eləcə də Almatıda yanvarın 19-dək fövqəladə vəziyyət elan edilib.
Alpər
<script async="" src="https://telegram.org/js/telegram-widget.js?15" data-telegram-post="rian_ru/137742" data-width="100%"> //