
Nyu York ilin ən önəmli mərasimlərində birinə ev sahibliyi edib.
Anspress-in məlumatına görə, Metropoliten muzeyi Kostyum İnstitutu musiqi, kino, moda sənayesinin tanınmışlarını bir araya topalayıb. Təbii ki, qəribə və qeyri-adi kostyumlarda.
"Met Gala 2015"in qala gecəsində baş rolda isə şəffaf geyimlər olub. Bu gecə həm də ilin ən böyük xeyriyyə yardım gecələrindən idi. Sadəcə bilet satışlarından 25 min dollar əldə edilib.
Gecənin ən çox diqqət çəkən simaları tanınmış müğənnilər Beyons, Rihanna, Ceniffer Lopez olub. Onlar rəngarəng və uzun şleyfli, şəffaf donları ilə bütün nəzərləri üzərlərinə toplaya biliblər.
"Met Qala" bal gecəsi 1948-ci ildən keçirilir. Məhz həmin ildə Kostyum İnstitutu təsis edilib.
Qaynar.info










