2 avqust 2027-ci ildə Yer kürəsində XXI əsrin ən uzun tam günəş tutulması baş verəcək. Tam qaranlıq mərhələsi 6 dəqiqə 23 saniyə davam edəcək ki, bu da 1991-ci ildən bəri ən böyük rekord olacaq.
Qaynarinfo xəbər verir ki, bu "The Daily Galaxy" yazıb.
Ən əlverişli müşahidə şəraiti Misirdə, xüsusilə Luksorda olacaq. Burada tutulma günorta saatlarına təsadüf edəcək və qədim məbədlər ilə Fironlar vadisinin üzərindən keçəcək. Astronomlar bildirirlər ki, bölgədə aydın səmanın demək olar ki, zəmanəti var - Liviya və Qərbi Misirdə son onilliklərdə avqust tutulmaları zamanı buludlu hava qeydə alınmayıb.
Tutulmanın kölgə zolağı 15 min kilometrdən çox məsafəni əhatə edəcək: Atlantik okeanından başlayaraq İspaniya, Şimali Afrika və Yaxın Şərqdən keçib Yəmən və Şərqi Afrikaya qədər uzanacaq. İspaniyanın cənubunda qaranlıq təxminən 3 dəqiqə davam edəcək, Fransada isə tutulma yalnız qismən görünəcək.
Hadisə həm alimlər, həm də turistlər arasında böyük maraq doğurub. Luksordakı otellər indidən tam doludur, NASA və Avropa universitetləri isə müşahidə missiyaları və qlobal canlı yayımlar hazırlayır.
Bundan başqa, tutulma Günəş tacının və kosmik hava proseslərinin araşdırılması üçün nadir imkan yaradacaq. Misir üçün isə bu hadisə simvolik xarakter daşıyır, çünki günəş tutulmalarını qədim dövrlərdə də kahinlər müşahidə etmiş və məbədlərin divarlarında qeyd etmişdilər.
Aydın
Şərhlər