Braziliyadakı Da Silva ailəsinin bütün üzvləri əl və ayaqlarında 6 barmaq olmaları ilə görənləri heyrətləndirir.
“Qafqazinfo”nun məlumatına görə, ailə anadangəlmə fiziki anormallıq yaşasa da, bu, onlar üçün heç bir problem yaratmır.
Da Silva ailəsi barmaqlarındakı sayın dünya çempionatında Braziliyanın 6-cı dəfə çempion olacağına kömək edəcəyinə inanırlar.
Xatırladaq ki, Braziliya indiyə qədər 5 dəfə dünya çempionu olub.
Qaynar.info