İdman 12:53 25.03.2024

Alveş həbsdən çıxmaq üçün lazım olan məbləği tapa bilmir

Braziliyalı müdafiəçi Dani Alveş həbsdə olduğu "Brians 2" cəzaçəkmə müəssisəsini bu gün tərk edə bilər.

Qaynarinfo-nun məlumatına görə, cinsi təcavüzə görə Barselona məhkəməsi tərəfindən dörd il altı ay həbs cəzasına məhkum edilmiş braziliyalı futbolçuya müvəqqəti azadlıq verilib. Lakin bundan istifadə etmək üçün o, bir milyon avroluq girov ödəməlidir. Futbolçu isə hələlik girov məbləğini toplaya bilməyib. Məhkəmə şənbə və bazar günləri işləmədiyi üçün Alveş həbsdə qalıb. Futbolçunun vəkili İnes Qvardiolanın müdafiəsi bu bazar ertəsi məbləği təqdim etmək istəyib, ancaq hələlik prosedurun baş verəcəyi təsdiqlənməyib.

Cinsi təcavüzə görə 4 il 6 ay həbs cəzasına məhkum edilən braziliyalının futbol meydançasındakı son matçı 2023-cü ilin dekabrında olub. Cinah oyunçusu Meksika klubu "Pumas"ın heyətində "Xuarez" ə qarşı oynayıb və məhsuldar ötürmə müəllifi də olub.

Ümumilikdə, Alveş artıq 441 gündür ki, futbolsuzdur. Yaşadığı problemə görə, Meksika klubu ilə müqaviləsi ləğv olundu. Bu kimi səbəblərdən iqtisadi durumu yaxşı olmayan Alveşə Neymarın ailəsi əvvəlcə 150.000 avroluq maddi kömək etsə də həmin məbləğ yalnız yüngülləşdirici hal kimi qəbul olunub. Bu üzdən Neymarın ailəsi geri çəkilib.  

Səbuhi Həsənov