Xəbər lenti

Alyaska sahillərində güclü zəlzələ olub
Dünya05:41 13.03.2016

Alyaska sahillərində güclü zəlzələ olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Bu gün yerli vaxtla  saat 04:19 radələrində ABŞ-ın Alyaska ştatı sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib.

APA-nın Ria Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Atka şəhərindən 74 km cənub-qərbdə, 10 km dərinlikdədir. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, bundan əvvəl şənbə günü Atka şəhəri yaxınlığında 5,4, 6,4 və 4,9 maqnitudalı zəlzələ baş verib. 

Qaynar.info