Xəbər lenti

Amazon meşələri mədənçilik üçün məhv ediləcək
Dünya12:09 24.08.2017

Amazon meşələri mədənçilik üçün məhv ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliya höküməti Amazon meşəsinin 30%-ni mədənçilik üçün istifadə edəcək.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Amapa və Para bölgələrində 46 min kv.km ərazini əhatə edən meşə bölgəsinin qızıl və digər minerallarla zəngin olduğu bildirilir. 

Hökümətin bu qərarı ictimai fəalların etirazı ilə qarşılanıb. Mədənçilik və Enerji nazirliyi isə bildirir ki, qorunan meşə sahəsi zərər görməyəcək. 

Danimarkanın sahəsindən daha böyük olan bu ərazinin ölkənin iqtisadi inkişafı, işsizlik, cəmiyyət üçün xeyirli olacağı deyilir.

Müxalif senator Rendolf Rodrigez isə bu qərarı son 50 ildə Amazona edilmiş ən böyük qəsd adlandırır.

Qeyd edək ki, meşə sahəsinin mədənçilik məqsədilə istifadəsinin ərazidə təcrid edilmiş vəziyyətdə yaşayan yerli xalqlara zərər verəcəyi də vurğulanır.

Gülşən

Qaynarinfo.Az