
Braziliya federal məhkəməsi Amazon meşəsini qorumaq məqsədilə bölgədə planlaşdırılan mədən layihəsinə qadağa qoydu.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qərarda federal hökümətin konqresin icazəsi olmadan milli mühafizə bölgəsini təhlükəyə salan layihəyə icazə verməsinin yolverilməz olduğu deyilir. Braziliya höküməti isə məhkəmə qərarına etiraz edəcəklərini açıqlayıb.
Qeyd edək ki, hökümət ötən həftə dəmir, maqnezium və digər maddələrlə zəngin olan bölgədə mədənçilik fəaliyyətinə icazə verən qərarnamə qəbul etmişdi.
Təxminən 47 min kv.km ərazini əhatə edən layihə ətraf mühitin mühafizəsi uğrunda mübarizə aparan bir çox təşkilatlar tərəfindən narazılıqla qarşılanmışdı. Bildirilir ki, bu qərar nadir canlı aləmi və Amazon meşələrində yaşayan qəbilələrin həyatını təhlükəyə atır.
Gülşən
Qaynarinfo.Az