Azərbaycan Mərkəzi Bankının 2026-cı il üzrə iqtisadi artım proqnozu neft-qaz sektorunda gözlənilən geriləmənin miqyasından asılı olaraq dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı – Avqust 2026” hesabatında məlumat verilib.
Proqnozlara əsasən, neft-qaz ÜDM-in azalmasının 1-2 faiz səviyyəsində qalacağı təqdirdə, 2026-cı ildə Azərbaycanın ümumi ÜDM artımı 1-1,3 faiz təşkil edə bilər.
Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında neft-qaz ÜDM-i 0,7 faiz azalıb.
AMB-nin proqnozlarına əsasən, 2027-ci ildə isə iqtisadi artımın sürətlənəcəyi gözlənilir. Belə ki, gələn il real ifadədə ümumi ÜDM-in 2,6 faiz, qeyri-neft-qaz ÜDM-in isə 3,9 faiz artacağı proqnozlaşdırılır.
2027-ci ildə iqtisadi artıma neft-qaz sektorunun təsirinin neytral, qeyri-neft-qaz sektorunun təsirinin isə artırıcı olacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda artımın əsasən ev təsərrüfatlarının son istehlak xərcləri və mal və xidmətlərin xalis ixracı hesabına təmin ediləcəyi bildirilir.
2026 və 2027-ci illərdə qeyri-neft-qaz sektorunda artım proqnozunun reallaşması əsasən daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq.
AMB eyni zamanda illik inflyasiyanın tədricən azalaraq ortamüddətli dövrdə hədəf diapazonunda qərarlaşacağını proqnozlaşdırır.
Günay
Şərhlər