Xəbər lenti

"American Spectator" ABŞ seçkiləri öncəsi Ukraynanın bölünəcəyini proqnozlaşdırdı
Dünya07:15 09.03.2024

"American Spectator" ABŞ seçkiləri öncəsi Ukraynanın bölünəcəyini proqnozlaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı jurnalist "yeni Ukrayna”nın yaranacağını proqnozlaşdırıb.
Qaynarinfo xəbər verir ki, "The American Spectator” jurnalının əməkdaşlarının fikrincə, Ukraynadakı münaqişənin yekun akkordu ABŞ prezident seçkiləri öncəsi "Oktyabr sürprizi” olacaq. Nəşrin köşə yazarı Samir Tata hesab edir ki, Ukrayna hissələrə bölünəcək.
Nəşr ABŞ-da istifadə edilən "Oktyabr sürprizi” anlayışını xatırladıb ki, bu da seçkilər ərəfəsində səsvermənin nəticələrinə təsir edə biləcək hadisələrə aiddir. 2024-cü ilin noyabrında amerikalılar ABŞ-ın yeni prezidentinə səs verəcəklər.
"1991-ci ilin avqustunda müstəqil olan Ukrayna ləğv olunacaq və "yeni Ukrayna” yaranacaq”, - materialda qeyd olunur. Müşahidəçi proqnozlaşdırıb ki, "yeni Ukrayna”nın ərazisi hazırda Kiyev rejiminin nəzarətində olan torpaqlarla eyni olacaq.
"American Spectator” həmçinin Rusiyanın uğurlarını, o cümlədən Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsini və 2022-ci ildə yarımadaya quru dəhlizinin yaradılmasını vurğulayır.
Alpər