Xəbər lenti

Amerika ermənisi Moskvada silah qaçaqmalçılığı ittihamı ilə həbs edildi
Dünya10:05 29.01.2022

Amerika ermənisi Moskvada silah qaçaqmalçılığı ittihamı ilə həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika vətəndaşı Andre Xaçaturyan Moskvada silah qaçaqmalçılığı ittihamı ilə həbs edilib, o, 7 saylı istintaq təcridxanasında saxlanılır. 
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bu haqda Moskvanın İctimai Monitorinq Komissiyasının üzvü Konstantin Kim RİA Novosti-yə bildirib.
Xaçaturyanın özünün dediyinə görə, o, ABŞ-dan Ermənistana uçub, 2021-ci il dekabrın 26-da Şeremetyevo hava limanının tranzit zonasında saxlanılıb, ondan GLOK-17 tapançası və patronlar aşkar edilib, - Kim deyib.
"İndi ona silah qaçaqmalçılığı maddəsi ilə (CM-nin 226.1-ci maddəsinin 1-ci hissəsi) ittiham irəli sürülüb. O, təqsirini boynuna almır, deyir ki, əvvəllər mühafizə şirkətində işləyib, silahlar üçün Amerikadan icazəsi olub”, - mənbə bildirib.
Kim əlavə edib ki, Xaçaturyan yalnız iki dildə - erməni və ingilis dillərində danışdığı üçün heyət və məhbuslarla ünsiyyət qurmaqda çətinlik çəkir.
Qohumlarının ona verdiyi dərmanları almadığı və səhhətinin narahatlığına səbəb olduğu üçün təcridxana rəhbərliyinə onu Moskva İstintaq Təcridxanasının məhbuslarının saxlandığı 20 saylı Şəhər Klinik Xəstəxanasına göndərmək tövsiyə olunub. 
Alpər