
Amerika Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Tehrana ödənilən 400 milyon dollarla bu ölkədə həbsdə olan amerikalı vətəndaşların azad olunması arasında bağlılıq olduğunu etiraf edib.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, Kirbi deyib ki, Amerika yalnız həbsdə olan həmin amerikalıların azad olunmasından sonra 400 milyonu Tehrana verib:"Bu yolla biz Tehran hökumətinə təzyiq rıçağını saxlayırdıq".
Qeyd edək ki, avqustun 3-də Amerika mətbuatı Amerika ilə Tehran arasında 400 milyonluq gizli əməliyyatın baş verməsi barədə xəbər yaymışdı.400 milyon Tehrana hələ şah Məhəmməd Rza Pəhləvinin dövründə Amerikaya silah alışına görə ödənmiş pula görə İranın açdığı münahisə zəminində ödənilib. İranlılar həmin pulu və yığılmış faizini tələb ediblər. Amerika prezidenti Barak Obama borcun baza hissəsinin ödənilməsi barədə sanksiya verib.
Qızılgül
Qaynarinfo