ABŞ-ın qeyri-funksional hava peyki NOAA 17 kosmosda partlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ Hərbi Hava Qüvvələrinin 18-ci Xarici Kosmik İdarəetmə Komandası Twitter-də məlumat yayıb.
Peykin partlaması nəticəsində 16 dağıntı əmələ gəlib. Fövqəladə vəziyyətin səbəbi araşdırılır, peykin başqa bir obyektlə toqquşma əlamətləri müəyyən edilməyib. Kosmik gəmi minimum 800 km, maksimum 817 km hündürlükdə olan orbitdə yerləşirdi.
NOAA 17 seriyasının peyklərinin günəş panellərinin təsiriylə bir neçə dəfə partladığı bilinir.
Alpər