ABŞ üçün Rusiyanın zənginləşdirilmiş uranından imtina etmək çətindir. Amerika şirkətləri onu almaq üçün Rosatomun törəmə şirkətlərinə ildə təxminən bir milyard dollar ödəyir.
Qaynarinfo bu barədə "New York Times"a istinadən xəbər verir.
"Bu gün ABŞ şirkətləri Amerikanın enerji ehtiyyatının yarıdan çoxunu emissiyasız istehsal edən yanacaq almaq üçün Rusiyanın dövlət nüvə şirkətinə ildə təxminən 1 milyard dollar ödəyir. Hazırda ABŞ-da istifadə olunan zənginləşdirilmiş uranın təxminən 1/3-i Rusiyadan idxal olunur. Rusiya dünyanın ən ucuz istehsalçısıdır", deyə qəzet yazır.
Nəşrin məlumatına görə, bu, ABŞ-dan Rusiyaya qalan ən əhəmiyyətli pul axınından biridir.
Qəzet, həmçinin yazır ki, ABŞ-da nüvə enerjisinin rolunun artacağı gözlənilir, çünki ölkə qalıq yanacaqlardan asılılığını azaltmağa çalışır.
ABŞ-ın nüvə enerjisi sənayesi istehsal olunan elektrik enerjisinə görə dünyada ən böyükdür. MAQATE-nin PRIS məlumat bazasına əsasən, hazırda ABŞ-da ümumi quraşdırılmış elektrik gücü 95,5 GVt olan 93 nüvə enerji bloku fəaliyyət göstərir və bu, ölkənin elektrik enerjisinin təxminən 20%-ni istehsal edir.
Aydın