Xəbər lenti

Amerikalı aktyor 9-cu dəfə ata olacaq - 60 yaşında... - FOTOLAR
Dünya04:15 21.09.2016

Amerikalı aktyor 9-cu dəfə ata olacaq - 60 yaşında... - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dünyaca məşhur aktyoru Mel Gibson 60 yaşında 9-cu dəfə ata olmağa hazırlaşır.

Onun 26 yaşlı sevgilisi Ross yaxın günlərdə ilk övladını dünyaya gətirəcək. Amerika mətbuatı yazır ki, cütlük arasında ciddi yaş fərqinin olmasına baxmayaraq, onlar özlərini çox rahat hiss edir. Cütlüyün tanışlığı da təsadüf nəticəsində baş tutub. Ross, Gibsonun rəhbəri olduğu şirkətə iş üçün müraciət edib. İş müqaviləsinin şərtlərini müzakirə etmək üçün bir araya gələn tərəflər, bir-birinə aşiq olub. 

Qeyd edək ki, Gibsonun ilk həyat yoldaşı Robin Moredan 7, keçmiş sevgilisi Oksana Qriqoriyevadan isə 1 övladı var.(atv.az)

Qaynarinfo.Az