Xəbər lenti

Amerikalı basketbolçu 8 il müddətinə azadlıqdan məhrum edildi
Dünya 10:08 10.07.2025

Amerikalı basketbolçu 8 il müddətinə azadlıqdan məhrum edildi

Vaxtilə Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Ben Maklemor cinsi təcavüzə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum olunub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, məhkəmə basketbolçu barədə həbs qərarı çıxarıb.

Cinayət 2021-ci il oktyabrın 3-də şənlik zamanı törədilib. Zərərçəkmiş basketbolçunun onun spirtli içki qəbul etməsi səbəbindən köməksiz vəziyyətdə olmasından istifadə etdiyini bildirib.

Qeyd edək ki, B.Maklemor "Memfis”, "Hyuston”, "Los Anceles Leykers” və "Portlend”də forma geyinib. Amerikalı sabiq basketbolçu 2022-ci ildən NBA-da çıxış etmir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->