Xəbər lenti

Amerikalı hərbçi Ukraynaya görə Vaşinqtonu ittiham etdi: “Bu, xəyanətdir”
Dünya10:33 03.07.2022

Amerikalı hərbçi Ukraynaya görə Vaşinqtonu ittiham etdi: “Bu, xəyanətdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaşinqtonun Ukryanaya silah tədarükünü gecikdirmək xəyanətdir. Müharibənin gedişatını dəyişmək üçün Ukraynaya cəmi 50-60 HIMARS raket sistemi lazımdır".
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan 1-ci dərəcəli kapitanı Harri Tabah deyib.
"Ukraynaya lazımi silahları verməməyimiz xəyanətdir. Mənim ölkəm, əminəm ki, bunu edə bilər. Bizdə bütün konfiqurasiyalarda iki mindən çox HIMARS var. Ukraynaya isə bu silahdan 50-60 ədədi lazımdır. Bütün bunlar bizim Avropadakı anqarlarımızda ehtiyat olaraq qalır, amma heç kim onları köçürməyə tələsmir”, deyə amerikalı hərbçi deyib.
Qeyd edək ki, iyunun 27-də ABŞ-ın yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin daha 50 əsgərinə HIMARS raket sistemindən istifadə isə bağlı təlim keçəcəyi açıqlanıb. Bundan əlavə, ABŞ prezidenti Co Bayden Ukraynaya qabaqcıl hava hücumundan müdafiə sistemlərinin daxil olacağı 800 milyon dollarlıq yeni yardım paketini açıqlayıb. Xüsusilə bu paketə hava hücumundan müdafiə sistemləri daxildir: RZSO HIMARS və onlar üçün mərmi, əlavə artilleriya və sursat.
Aydın