Xəbər lenti

Amerikalı ifaçılar “YouTube”u məhkəməyə verdi
Dünya16:39 03.07.2016

Amerikalı ifaçılar “YouTube”u məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikanın tanınmış müğənniləri və musiqi qrupları Ledi Qaqa, "Goldplay", Abba və digər ifaçılar Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerə kollektiv məktub göndəriblər.  

Qaynarinfo.az lent.az-a istinadən bildirir ki, məktubda onlar "YouTube" video xidmətini musiqiçiləri gəlirlərdən məhrum etməkdə günahlandırıblar.

Bu mətni min nəfərdən artıq sənətçi imzalayıb. Pop-ulduzlar qeyd ediblər ki, "YouTube"dakı musiqili kliplərin baxışları və ifaçıların gəlirləri arasındakı fərq olduqca fərqlidir.

Musiqiçilər həmçinin qeyd edib ki, belə bir maliyyə uçurumu bazarda ziddiyyət yaradır.

"YouTube" nümayəndəsinin sözlərinə görə, şirkət ifaçılar və səsyazma şirkətləri ilə əməkdaşlıq edir və onlara reklamdan gələn gəlirlərdən ödənişlər ayırır. Ödənişlərin həcmi 3 milyard dollar həcmində qiymətləndirilir.

Bundan əvvəl isə bildirilib ki, anti-inhisar qanunvericiliyinin pozulmasına görə Avropa Komissiyası "Google" şirkətini 3 milyard dollar həcmində cərimə edə bilər.

Qaynarinfo.az