Əksər amerikalılar yaxın 5-10 il ərzində daha bir dünya müharibəsinin baş verəcəyinə inanırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill" "YouGov" sorğusuna
istinadən yazır.
Beləliklə, Birləşmiş Ştatlar vətəndaşlarının 61%-i yaxın 5-10 il ərzində dünya müharibəsinin başlamasının "çox ehtimal" və ya "bir qədər ehtimal" olduğu fikrini ifadə edib. Digər 18% isə bununla bağlı qeyri-müəyyənlik içindədir.
Respondentlərin 21%-i hesab edir ki, qarşıdakı illərdə qlobal münaqişə "çox az ehtimal" və ya "heç də mümkün deyil".
Bundan əvvəl sorğu iştirakçılarının 5%-i ABŞ-ın özünü ölkənin əsas düşməni adlandırıb. Bu, sualın ilk dəfə 2001-ci ildə verilməsindən bəri ən yüksək nəticədir. Qeyd olunur ki, əvvəllər respondentlərin 2%-dən çoxu ABŞ-ı ölkənin əsas düşməni adlandırırdı.
Aydın