Xəbər lenti

Amerikalıların 49%-i seçkilərdə iğtişaşların olacağını gözləyir (SORĞU)
Dünya11:25 08.01.2024

Amerikalıların 49%-i seçkilərdə iğtişaşların olacağını gözləyir (SORĞU)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ sakinlərinin təxminən yarısı (49%) 2024-cü il ABŞ seçkilərindən sonra ölkədə iğtişaşların təkrarlanacağını gözləyir. 
Qaynarinfo xəbər verir ki, bunu YouGov-un ABŞ-ın CBS telekanalı ilə birgə keçirdiyi sorğunun nəticələri təsdiq edir.
"Bir çox amerikalılar ABŞ-da hakimiyyətin dinc yolla ötürülməsi perspektivlərindən narahatdırlar, ölkənin yarısı gələcək seçkilərdə uduzan tərəfdən zorakılıq gözləyir”, - məlumatda deyilir. 
Sorğunun nəticələrinə görə, amerikalıların 51%-i hakimiyyətin ötürülməsinin dinc yolla olacağına inanır. Bundan əlavə, sorğunun nəticələrinə görə, ABŞ sakinlərinin 70%-i seçkilər öncəsi ölkədə demokratiyanın təhlükə altında olduğuna inanır.
Sorğu yanvarın 3-dən 5-dək ABŞ-da yetkinlik yaşına çatmış 2157 amerikalı arasında aparılıb. 
Bundan əvvəl ABŞ prezidenti Co Bayden keçmiş Amerika lideri Donald Trampın hakimiyyətə qayıtmaq üçün ölkədəki demokratik sistemi qurban verməyə hazır olduğunu bildirib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp vurğulayıb ki, o, Amerika dövlətinin hazırkı rəhbəri Co Baydeni fırıldaqçı, əclaf və "pis adam” hesab edir; onun sözlərinə görə, Baydenin koqnitiv qabiliyyətlərinin azalması fonunda onun yenidən ABŞ prezidentliyinə namizəd olacağına inanmaq çətindir. 
Nizami Bağırov