Xəbər lenti

Amerikanın "Azadlıq" heykəli türklərin imiş - SENSASİYA
Dünya04:57 30.05.2013

Amerikanın "Azadlıq" heykəli türklərin imiş - SENSASİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şair və araşdırmaçı-yazar Sunay Akın ABŞ-dakı “Azadlıq” heykəlinin türklərə aid olduğunu iddia edib. Amerikanın “Posta212” qəzetinə müsahibə verən Akın bildirib ki, bu heykələ görə Amerikadan 150 illik faiz pulu alınmalıdır.

“ABŞ “Azadlıq” heykəli bizimdir. Araşdırmalarım nəticəsində bunun Əbdüləziz tərəfindən düşünüldüyünü, Əbdülməcid tərəfindən heykəltəraş Bartoldiyə sifariş verildiyini aşkarlamışam. Bu, İskəndər (İskəndərun) limanına qoyulmalı idiı. Mən Bartoldinin arxivinə girdim və maketləri gördüm. Heykəlin arxası şərqə, üzü qərbədir. Mənası budur: Ey qərb unutma ki, sadəcə günəş yox, mədəniyyətin şöləsi də şərqdən yüksəlir. Pulu iki dəfə hissə-hissə biz ödəmişik. Bizim alacağımız var”.

Akın bu pulu almaq üçün Nyu-Yorkda yaşayan türkləri birləşməyə çağırıb: “Nyu-Yorkdakı türklər birləşin və bu pulu onlardan alın. Verməsələr, borcumuzdan silsinlər. Amma 150 illik faiz də hesablansın”. // ANS Press