Türkiyənin Ordu əyalətinin Pərşəmbə rayonunda 4-mərtəbəli binanın 4-cü mərtəbəsində açıq pəncərədən 2 yaşlı uşaq yıxılıb.Lent.az-ın məlumatına görə, oğlunun yerə düşdüyünü görən 26 yaşlı anası Aylin Özbək onu tutmaq üçün özünü atıb.
Ana və oğul beton döşəməyə düşüblər.
Uşaq başı və ayağından yaralanaraq, reanimasiyaya yerləşdirilib. Müayinə edilən anaya tibbi yardım göstərildikdən sonra evə buraxılıb.