
Bəzən valideynlər uşaqları tərəfindən verilən belə bir suallaüzləşir: "Ana, mən dünyaya necə gəldim?". Bu sualı necə cavablandırmaqlazım olduğunu bilirsinizmi?
Tabloid.az xəbər verir ki, uşaqların bu tipli suallarını necəcavablandırmaqda aciz qalan bəzi valideynlər "Səni xəstəxanadanalmışıq", "Hədiyyə veriblər", "Meşədən tapmışıq" və ya bir az yumorhissi ilə olanlar "Zibilxanadan tapmışıq" və s. kimi cavablar verirlər.Belə cavablar özlərini tanımağa başlayan uşaqlar üçün çox ciddiəhəmiyyət daşıyır.
Hər bir insanın cinsi tərbiyəsi ailədə başlanmalıdır. Uşaqana-atasına soruşduğu suallara cavab ala bilməyincə şübhələr, qorxularvə cinsi biliksizlik içərisində qalır.
Cinsi tərbiyə bəzilərinin zənn etdiyi kimi cinsi pozaların və yacinsi əlaqə növlərinin öyrədilməsi deyildir. Klinik psixoloq Şenez Pamuk6 yaşlı uşağın verə biləcəyi cinsi suallara necə cavab veriləbiləcəyini açıqlayıb:
Mən dünyaya necə gəldim?
Əksər uşaqlar ən gec 8 yaşına qədər necə doğulduğunu öyrənməkistəyir. Cavab isə bu cür olmalıdır: "Ananın bir parçası ilə atanın birparçası birləşdi. Bunun nəticəsində ananın qarnında sən yarandın və 9 ayboyunca böyüdün. Sonra dünyaya gəldin.
Bu cavab heç qane etmədi?
Uşaqlar üçün bucavab qaneedicidir. Bundan çox nüanslara toxunmaq isə uşaqların suallarıilə bağlı olmalıdır. Uşaqlar cinsi suallar vermədən onlara bu haqdadanışmaq düzgün deyil. Daha düzgünü uşaqların sualları yarandığı andaməlumat verməkdir.
Bəs bu parçalar necə birləşdi?
Atanın cinsiyyət orqanından çıxan bir parça ona sperma deyilir anada birləşir. Və bu ikisi birləşdikdə sən dünyaya gəlirsən.
Uşaqlara cinsiyyət üzvilərini tam olaraq adını demək doğrudur, yoxsa uşaq dili ilə hər hansı taxma adlar?
Bu mübahisəli bir mövzudur. Bəzi həkimlər uşaqlara hər şeyin aydınizah edilməli olduğunu deyirlər. Ancaq uşaqlar hər şeyi açıq şəkildəqavramaq bacarığında deyil. Həddindən çox məlumat və açıqlıq onlara yükola bilər. Bu da istənməyən nəticələr və travmalara səbəb olur.
Açıq şəkildə işlədilən cinsi kəlmələr onların dünyasını zədələyə bilər?

8 yaşa qədər xalq arasında istifadə edilən xüsusi taxma kəlmələriişlətmək daha düzgündür. Daha sonra isə standart sözləri işlətmək olar.
Seks nədir?

Övladınızdan və ya uşaqdan belə bir sual eşitdiyiniz təqdirdə ilkolaraq bu məlumatın mənbəyini öyrənməyə çalışın. "Sən birinci mənə busözü haradan eşitdiyini de, mən də sənə düzgün məlumat verim" tiplicavablarla uşaqla ünsiyyətə başlamaq olar. Sonra isə "seks bir-birinisevən iki yetişmiş insanın sevgilərini bədənləri ilə göstərməyidir.Əslində buna sevişmək demək daha düzgün olar" cavabını verə bilərsiniz.
Mən də Əhmədi sevirəm, niyə etmirəm bəs?
Gərək sənin bədənin də böyüyə.
Qaynar.info