
Yaponiyanın cənubunda yerləşən Osaka şəhərində faciəvi hadisə baş verib.
Qaynar.info-nun məlumatına görə, 28 yaşlı qadınla 3 yaşlı körpə qəzən cəsədi tapılıb. Həkimlər ana və uşağın hər ikisinin acından öldüklərini bildiriblər.
Ananın meyitinin yanında tapılan məktubda, "Qızıma daha yaxşı yeməklər vermək istədim" yazılıb.
Rəsmilər verdikləri açıqlamada evdə soyuducunun olmadığını, ərzaq kimi yeganə olaraq duz tapıldığını bildiriblər. Bundan başqa evin elektrik enerjisinin və təbii qazının kasildiyi, qadının bank hesabında da pul olmadığı məlum olub.
Tibbi ekspertiza qadının mədəsində yenəyin olmadığını da ortaya çıxarıb. Məlumata görə, ana və azyaşlı qız fevral ayında vəfat ediblər.
Qaynar.info