
Florida ştatının xəstəxanalarından birinin həkimləri eyni gündə ana ilə qızının dünyaya gətirdikləri körpələrin doğuşunu qəbul ediblər.
Qaynar.info modern.az-a istinadən xəbər verir ki, Xezer Pentikoff və onun qızı Destine Martin övladları 2 saat 46 dəqiqə fərqlə doğulub. Ana qız, qızı isə oğlan uşağı dünyaya gətiriblər.
“Elə şeylər var ki, planlaşdırmaq mümkün deyil. Allah prosesi yönləndirir, sən sadəcə onu qəbul edirsən”, - Xezer Pentikoff hisslərini belə bölüşüb.
Qaynar.info