Xəbər lenti

Anadangəlmə qolsuz olan rəssamdan imza istədilər
Dünya01:22 08.05.2013

Anadangəlmə qolsuz olan rəssamdan imza istədilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Anadangəlmə qolları olmayan qazax rəssamı Karipbek Kuyukovdan İngiltərənin İstanbul konsulluğundan barmaq izi istənilib. 

Qaynar.info-nun məlumatına görə, Kuyukov İngiltərənin İstanbuldakı konsulluğuna etdiyi viza müraciətinin barmaq izi istənilməsi səbəbindən rədd edildiyini deyib. 

Kuyukov Edinburqdakı nüvə silahı əleyhinə keçirilən konfransına qatılmaq istəyirdi. Ancaq Kuyukov müraciətindən sonra konsulluqdan məktub alıb. Məktubda Kuyukovun müraciətindəki biometrik izlərin keyfiyyətsiz olduğu bildirilib və yenidən müraciət edilməsi istənilib. 

44 yaşlı rəssam vaxtında viza ala bilmədiyi üçün konfransa qatıla bilməyib. 

Kuyukov, "Bəlkə də əlil olduğumu anlamayıblar, ya da təqdim etdiyim məlumatları oxumadılar. Amma internetdən etdiyim viza müraciətimdə sənətkar olduğumu və qollarımın olmadığını söylədim. Rəsmləri ağzımda və ya ayağımda fırça tutaraq  deyib. 

Qeyd edək ki, Kuyukov keçmiş SSRİ-nin əsas nüvə sınağı mərkəzlərindən olan Semipalatinsk şəhərində anadan olub. 

Kuyukov burada doğulan minlərlə əlil uşaqlardan biridir. Məhz buna görə də, Kuyukov 20 ildir çəkdiyi şəkillərdə nüvə sınaqlarına qarşı kampaniya aparır. 

Qaynar.info