Türkiyənin Anadolu Xəbər Agentliyinin idarə heyəti və müdirləri istisna olmaqla digər işçilərinin maaşları azaldılaraq sabitlənib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxbir, texniki işçi kimi çalışanlara daha öncə təhsil, uşaq və əlavə xərclər üçün verilən ödənişlər yeni ildən ləğv edilib.
Hökumətə yaxın şəxslərdən olan Hak İşin sədri Mahmud Arslanın da agentlik rəhbərliyi ilə danışıqları heç bir nəticə verməyib.
Yeni qərar işçilərə elan edilib.