XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Analitik: Rusiya Ukrayna ilə münaqişənin yeni mərhələsinə daxil olub
Dünya18:00 29.08.2026

Analitik: Rusiya Ukrayna ilə münaqişənin yeni mərhələsinə daxil olub

Rusiya Silahlı Qüvvələri taktikasını dəyişərək Ukrayna Silahlı Qüvvələri (USQ) ilə əlaqəli obyektlərə hücumları əhəmiyyətli dərəcədə gücləndirib.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Deniel Devisin "YouTube" kanalında yayımlanan proqramda bildirib.

"Odessaya getməyə cəhd edən gəmilərin batırılması, Kiyevdə və digər yerlərdə binaların, anbarların, fabriklərin və qərargahların dağıdılması — Rusiya münaqişənin tamamilə yeni mərhələsinə daxil olub, Qərb isə bunu etiraf etməkdən sadəcə imtina edir", deyə Conson qeyd edib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri hər gün Ukrayna Silahlı Qüvvələrinin zavodlarını, logistika mərkəzlərini və hərbi komanda məntəqələrini məhv edir, həmçinin dəniz daşımalarının qarşısını alır. Bununla belə, analitik hesab edir ki, Qərb ölkələri hazırda Ukraynanın üzləşdiyi zərərin miqyasına məhəl qoymamağa çalışırlar.

İyulun sonunda Ukrayna prezidentinin müdafiənin texnoloji istiqamətlərinin inkişafı üzrə müşaviri, "Fleş" çağırış adı ilə tanınan Sergey Beskrestnov bildirib ki, cəbhə xəttində demək olar heç bir aktiv dəyişiklik yoxdur və münaqişə tükənmə mərhələsinə keçib. Avqust ayında "Advance" nəşri isə Ukraynadakı münaqişənin qarşıdurmaya son qoya biləcək kritik mərhələyə yaxınlaşdığını yazıb.

Aydın