Xəbər lenti

Anar Məmmədli və Bəşir Süleymanlının üçün İlham Əliyevə müraciət olundu
Ölkə12:32 20.06.2014

Anar Məmmədli və Bəşir Süleymanlının üçün İlham Əliyevə müraciət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Seçki Müşahidəçilərinin Qlobal Şəbəkəsinin (SMQŞ) üzvləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin və mərkəzin icraçı dirketoru Bəşir Süleymanlının həbsdən azad edilməsi üçün iyunun 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. 
Müraciətdə deyilir:
“Cənab prezident,
Biz, Seçki Müşahidəçilərinin Qlobal Şəbəkəsinin  aşağıda imzası olan üzvləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin və mərkəzin icraçı dirketoru Bəşir Süleymanlının həbsindən çox narahatdır. Anar Məmmədli 5 il 6 ay müddətinə,  Bəşir Süleymanlı 3 il 6 ay müddətinə, həmçinin Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin sədri Elnur Məmmədov iki illik sınaq müddətində 3 il 6 aylıq həbs edilib.
SMDT hörmətli, müstəqil və bitərəf seçki müşahidəçisi təşkilatıdır və SMQŞ-in üzvüdür. SMQŞ dünyadakı üzvləri Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun həbsindən narahatdır. Bu ümumilikdə müstəqil seçki müşahidəçiliyinə zərbədir, xüsusilə də  2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərinin tənqidi qiymətləndirilməsinə reaksiyadır.
Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun həbsi Azərbaycanın beynəlxalq öhdəliklərinə, xüsusilə də BMT-nin fərdlərin, qrupların hüquqlarının qorunması və dəstəklənməsi öhdəliyinə ziddir. Bu həmçinin Azərbaycanın hal-hazırda Nazirlər Komitəsinə sədrlik etdiyi Avropa Şurasının öhdəliklərinə də ziddir. Bundan əlavə Azərbaycanın iştirak etdiyi ATƏT-in Helsinki prinsiplərinə də ziddir.
SMQŞ və onun üzvləri bu həbsləri siyasi sifariş, əsassız və ədalətsiz hesab edir. Biz Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı olan ittihamların geri götürülməsini və Anar Məmmədli ilə Bəşir Süleymanlının dərhal  azad edilməsini tələb edirik. Yerli seçki müşahidəçilərinin qlobal şəbəkəsinin əsası 2009-cu ildə qoyulub və hal-hazırda regional şəbəkələr, bitərəf seçki müşahidəçisi təşkilatları ilə birlikdə 78 ölkədə və 5 qitədə 199 üzvü var. SMQŞ demokratik seçkilərin təmin olunması və çətinliklərlə birgə mübarizə aparmaq üçün yaradılıb.
Hörmətlə,
Damaso Magbual,
Seçki Müşahidəçilərinin Qlobal Şəbəkəsinin sədri
Bölgə şəbəkələrin adına, SMQŞ-ın üzvləri:
• Azad Seçkilərin Asiya Şəbəkəsi (ANFREL)
• Acuerdo de Lima
• Demokratik Seçkilərin Ərəb Şəbəkəsi (ANDE)
•  Afrika Seçkilər Müşahidəçilərinin Şərq Şəbəkəsi (E-HORN)
• Ərəb Bölgəsində Seçkil Şəbəkəsi (ENAR)
• Seçki Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO)
• Demokratik Seçkilər üçün Avropa Platforması (EPDE)
• Cənubi Afrika İcma İnkişafı Seçki Şəbəkəsinə Dəstək (SADC-ESN)
• Şərqi Afrika Seçkilər Müşahidəçilərinin Şəbəkəsi (WAEON)
Qaynar.info